AİP rəhbərinin əsirliyindən yeddi il ötür
Azərbaycan Respublikası İslam Partiyasının rəhbəri doktor Möhsün Səmədovun həbs olunmasının yeddinci ildönümü Bakıda qeyd olunub.
AİP-in sədr əvəzi Hacı İlham Əliyev ictimai və siyasi dairələrin və partiyaların nümayəndələrindən bir qrupunun iştirakı ilə bu partiyanın ofisində keçirilmiş həmin mərasimin təşkilində məqsədi, Hacı Möhsün Səmədova edilmiş zülm və ədalətsizliyin səsini azadlıqsevər insanların qulağına çatdırmaq adlandırıb. O, əlavə edib: Bir şəxsin öz əqidələrini bildirmək üstündə on ik həbsə məhkum olunması və yeddi il bundan öncə qüvvəyə minmiş bu barədəki hökmün icrasından sonra müxtəlif əziyyətlərə məruz edilməsi, həmçinin bir məhbəsdən başqa bir məhbəsə köçürülməsi iqtidarın başqalarının və müxaliflərin fikir və təfəkkürlərini dinləməkdəki acizliyini göstərir. O, sonra deyib: Biz bu mərasimi keçirməklə həmçinin Hacı Möhsün Səmədovun həbsi barədə öz etirazımızı bildirməklə yanaşı, onu mənəvi cəhətdən himayə etməklə demək istəyirik ki, "sizin yolunuz, fikir və təfəkkürləriniz yaşayır və cəmiyyətdə yayılmaqdadır.
İslam Partiyasının sədr əvəzi sonra söyləyib: Ötən yeddi ildə zindan çətinliklərinə dözən Hacı Möhsün Səmədov hələ də öz imanı və əqidəsində möhkəmdir və iynə ucu qədər belə zəifləməyib və onun yolu və təfəkkürü tərəfdarları arasında təbliğ olunaraq, yayılır və bu, onun təfəkkürünün qələbə çalmasının nişanəsidir.