Fev 22, 2018 19:24 Asia/Baku
  • İran və Azərbaycanın birgə ədəbi konfransı

İran İslam Respublikası və Azərbaycan Respublikası ziyalıları, tədqiqatçıları və ədiblərinin iştirakı ilə Bakıda "Xurşidbanu Natəvandan Pərvin Etisamiyədək" adlı birgə ədəbi konfrans keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, bu birgə ədəbi konfrans İranın 20-ci əsrdə yazıb-yaratmış məşhur şairi Pərvin Etisami və Azərbaycanın 19-cu əsrdə yazıb-yaratmış məşhur şairi Xurşidbanu Natəvanın xatirəsinə həsr olunub. Konfransda iki ölkədən şəxsiyyətlər çıxışlar və məqalələr çərçivəsində bu iki şairin ədəbi və ictimai şəxsiyyətlərini bəyan ediblər. 

Bu şairlərin bioqrafiyası, birgə ideoloji və şer ortaqlığı, mənəvi və əxlaqi funksiyaları, həmçinin ictimai məsələləri ədəbi formalarda bəyan etmələri birgə ədəbi konfransda natiqlərin əsas diqqət mərkəzində saxladıqları mövzulardan olub. 

İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman bu konfransda birgə ədəbi konfransı ictimai baxışa malik iki şairin rəylərinin təqdim olunması üçün fürsət adlandırıb və deyib: Bu şairlərin əsərlərində xüsusi mənəfi funksiyaların şahidiyik. Çeşidli ədəbi formaların irəli sürülməsi mənəviyyatdan uzaqlaşan bəşər ictimaiyyətində çox təsirli ola bilər. 

Azərbaycan Respublikası Ədəbiyyat İnstitutunun rektoru İsa Həbibbəyli də iki ölkənin birgə ədəbi və elmi konfransların keçirilməsi sahəsindəki əməkdaşlıqlarına toxunaraq deyib: Hər iki şairin xüsusi bacarıqlara malik olduğunu nəzərə alaraq birgə konfransın keçirilməsi bizim birgə əməkdaşlıqlarımıza bir nümunədir və bunun davam etdirilməsi ardıncayıq. 

İran İslam Respublikası və Azərbaycan Respublikası ötən illər ərzində universitet əməkdaşlıqları çərçivəsində çoxlu ədəbi və mədəni ortaqlıqları nəzərə alaraq birgə konfransların keçirilməsinə çalışırlar. Bu birgə konfrans iki ölkənin məşhur şəxsiyyətlərinin ziyalılara və tədqiqatçılara, xüsusilə də gənc nəslə təqdim olunması istiqamətində keçirilib.