May 23, 2018 15:31 Asia/Baku
  • Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub
    Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub

Azərbaycan Respublikasında məhbus dindarların azadlığını tələb etmək məqsədilə Bakıda "Azərbaycan Demokratik Respublikasının təsis olunmasının yüzilliyi münasibətilə veriləcək əfv fərmanından bizim intizarlarımız" adı altında bir yığıncaq keçirilib.

Qarabağ İslam Müqaviməti Hərəkatı və "Qələm" yazıçılar cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentinin Azərbaycan Demokratik Respublikasının təsis olunmasının yüzilliyi münasibətilə məhbusların azad edilmələri üçün əfv fərmanı verəcəyi ərəfədə keçirilən bu yığıncaqda natiqlər dindar məhbusların adlarının bu əfv fərmanına daxil edilməsini və məhbus dindarların azadlıqlarının təmin edilməsini istəyiblər.

Qarabağ İslam Müqaviməti Hərəkatının sədri Rövşən Əhmədli dindar məhbusların azadlığının təmin olunmasını bu yığıncağın əsas hədəflərindən adlandırıb və belə əlavə edib: Azərbaycan Respublikasının həbsxanalarında 160-dan çox siyasi məhbus vardır ki, onların yüz nəfərindən çoxu dindarlardandır, halbuki hər il verilən əfv fərmanında dindar məhbuslar bu əfvə daxil edilmirlər və bu iclasla həmin günahsız məhbusların azad edilmələrini istəyirik.

O, sonra deyib: Biz insan haqları müdafiəçilərinin köməyilə onların azad edilmələri məsələsini izləyirik və dövlətdən də istəyirik ki, onların azad edilmələri göstərişini verərək, onların cəmiyyətdəki iştiraklarını təmin etsin, zira bu gün cəmiyyət vətənpərvərlik, şərəf, azadəlik və qeyrət hissinin gücləndirilməsi üçün onlara ehtiyaclıdır.

Bu mərasimdə digər natiqlər də çıxış ediblər.

Azərbaycan Respublikası İslam Partiyası-AİP-in sədr əvəzi Hacı İlham Əliyev həqiqi dindarların cəmiyyətdə iştirakının cəmiyyətdə insanların və təhlükəsizliyin istiqamətləndirilməsinə zəmanət verdiyini bildirib. O, əlavə edib: Məhbus dindarlar öz dini əqidələrinə görə, günahsız surətdə həbs olunublar və zəruridir ki, xalqın da istədiyi kimi, bu dini ziyalıların azadlığına zəmin yaradılmalıdır.

Azərbaycan Respublikası Ziyalılar Cəmiyyətinin sədri Eldəniz Quliyev də bu yığıncaqda dindarların həbs edilmələrini Azərbaycan Respublikası cəmiyyəti üçün layiqli bilməyib və onların azad edilmələri, həmçinin cəmiyyətdə mənəviyyatın gücləndirilməsi vacibliyini vurğulayıb və onların əfv fərmanına şamil edilmələrini istəyib.

Azərbaycan Respublikasında məhbusların ümumi əfv fərmanı hər il Azərbaycan Respublikasının təsis olunmasının ildönümü münasibətilə bu ölkənin prezidenti İlham Əliyev tərəfindən verilir və bu il də qərar üzrə həmin gündə Azərbaycan Demokratik Respublikasının təsis olunmasının yüzilliyi münasibətilə yüz məhbus əfv edilməlidir.

Teqlər