İyun 04, 2018 21:32 Asia/Baku
  • Müsəlmanarın vəhdəti; İmam Xomeyninin (r.ə) əsas müraciəti
    Müsəlmanarın vəhdəti; İmam Xomeyninin (r.ə) əsas müraciəti

Azərbaycanın Qələm Birliyinin sədri deyib: Dünya müsəlmanlarının vəhdəti İmam Xomeyninin(r.ə) əsas mesajı və islam dünyasının düşmənləri qarşısında yeganə müqavimət yoludur.

İRNA-nın verdiyi məlumata görə, Qurban Cəbrayıl İmam Xomeyninin(r.ə) əsas müraciətinin islam ümmətinin vəhdəti olduğunu bildirərək deyib: Dünyanın hazırkı şəraiti İmam Xomeyninin (r.ə) müsəlmanların vəhdəti barədəki tövsiyələrinin tarixi əhəmiyyətini göstərir. 

Azərbaycan Qələm Yazıçılar Birliyinin sədri bu gün İRNA-ya verdiyi müsahibədə deyib: İmamın siyasi vəsiyyətnaməsi, müsəlmanların vəzifələr və amallarını göstərir və dünyanın hazırkı durumu xüsusiylə Qüds ilə əlaqədar baş verən son hadisələrlə bir daha bu vəsiyyətnamənin tarixi əhəmiyyətini başa düşürük. 

Qurban Cəbrayıl İmam Xomeyninin(r.ə) azadlıq sevər rəhbərlər üçün nümunə olduğunu bildirərək deyib: Dünyanın zalım qüvvələri heç vaxt müsəlmanlara qarşı düşmənçilik siyasətlərindən əl çəkmir və Suriya, İraq, Liviya, Əfqanıstan və Yəmən kimi bəzi müsəlman ölkələrin durumu bu siyasətin göstəricisidir. 

Qurban Cəbrayıl islam inqilabından 40 ilin ötməsinə toxunaraq deyib: Düşmənlər daima İmam Xomeyninin(r.ə) şəxsiyyəti və idealarından qorxublar və onu İslam dünyasına qarşı düşmənçilik planlarının məğlubiyyəti, 3-cü dünyanın sərvətlərinə nəzarətin sonuna gətirib çıxaran əsas təhdid kimi görürlər. 

Teqlər