Dek 05, 2018 10:47 Asia/Baku
  • İnformasiya texnologiyası sahəsində Tehran-Ankara-Bakı-Moskva əməkdaşlığı
    İnformasiya texnologiyası sahəsində Tehran-Ankara-Bakı-Moskva əməkdaşlığı

Türkiyənin nəqliyyat və infrastruktur naziri informasiya texnologiyası sahəsində dördtərəfli əməkdaşlığın genişləndirilməsi haqda Tehran-Ankara-Bakı-Moskva razılaşmasından xəbər verib.

Muhəmməd Cahid Turhan dünən Bakıda keçirilən 24-cü beynəlxalq rabitə, innovasiya və texnologiya sərgisi- BAKUTEL 2018-in keçirilməsinin kənarında deyib: İran, Türkiyə, Azərbaycan Respublikası və Rusiya informasiya texnologiyası sahəsində dövlət və özəl sektorlardan olan təşkilatlara həmkralıq fürsətinin verilməsi və imkanların asanlaşdırılması çərçivəsində müştərək bir investisiya barədə razılığa gəliblər.

Türkiyənin nəqliyyat və infrastruktur naziri əlavə edib: Dörd ölkə bu razılaşmanın araşdırılması üzrə özünün ilk iclasını keçirib və tezliklə bu razılaşmanın mətninin detalları açıqlanacaqdır.

İranın rabitə və informasiya texnologiyası naziri Mohəmməd Cavad Azəri Cəhromi, Türkiyənin nəqliyyat və infrastruktur naziri Muhəmməd Cahid Turhan, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforovun dünən Bakıda keçirilən görüşündə yeni şirkətlər, süni peyk xidtmələri, kiber təhlükəsizliyi, email və fiber optika şəbəkələri kimi məsələlər nəzərdən keçirilib.

24-cü beynəlxalq rabitə, innovasiya və texnologiya sərgisi bu gün Bakıda işə başlayıb və dekabrın yeddisinədək davam edəcək. 

Bu sərgidə on dörd İran şirkəti iştirak edir.

Teqlər