Yan 30, 2019 08:03 Asia/Baku
  • Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi yaşanır'
    Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi yaşanır'

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov yanvarın 28-də ailə üzvləriylə telefonla danışarkən yerli və beynəlxalq ictimaiyyətə də müraciət edib: «Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır».

Taleh Bağırovun dediyinə görə, xəstə olan Cabbarı həbsxanada ölümünə döyüblər. Sonra da 15 günlük karsa salıblar.

Cabbar Cabbarov Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da Nardaranda polisin əməliyyatı zamanı T.Bağırov və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında saxlanan C.Cabbarovun səhhətində ciddi problemlərin olduğu bildirilir.

 

T.Bağırovun ailə üzvləri bildirib ki, ilahiyyatçı onun özünə qarşı da təzyiqlər səngimədiyini söyləyib.

Penitensiar Xidmət isə Qobustan həbsxanasıyla bağlı şikayətləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, zaman keçdikcə, bu həbsxanada vəziyyət yaxşılığa doğru dəyişib: «Heç kimə də işgəncə verilmir. Sadəcə, özlərinə imtiyaz yaratmaq istəyənlər olanda biz imkan vermirik».

 

Teqlər