AİP Trampın Qolan barədəki qərarına etiraz edib
Azərbaycan Respublikası İslam Partiyası- AİP, bildirib ki, ABŞ prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan təpələrinə qəsbkarlığını rəsmən tanıması beynəlxalq qanunların açıq şəkildə pozulması deməkdir.
Azərbaycan Respublikası İslam Partiyasının dünən yayılmış bəyanatında deyilir: Donald Trampın Qolan yüksəklikləri barədəki qərarı göstərir ki, Amerika, dövlətlərin ərazi bütövlüklərini və BMT qanunlarını özünün və sionizmin maraqlarına qurban edir və dünya ictimaiyyəti bu məsələyə göz yummamalıdır.
Azərbaycan Respublikası İslam Partiyası bu bəyanatda vurğulayıb: Sionist rejim yarandığı gündən bəri region xalqları arasında qorxu və dəhşətə səbəb olmaqdan əlavə, bir xərçəng şişi kimi ölkələrin ərazilərinin işğalı ardıncadır.
Bəyanatda deyilir: Sionist rejimin etnik təmizləmə aparması, soyqımı törətməsi, insanları öz ölkələrindən didərgin salması və Qolan təpələrinin böyük bir hissəsini işğal etməsi heç vaxt BMT tərəfindən təsdiq olunmadı.
Azərbaycan Respublikası İslam Partiyası bu bəyanatda belə qeyd edib: Trampın siyasətləri təkcə Yaxın Şərq ölkələri üçün deyil, həm də ərazisinin iyirmi faizi işğal altına alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyü üçün də bir təhdid sayılır.