Dek 05, 2019 11:57 Asia/Baku
  • İran və Azərbaycan Respublikası birgə sənaye şəhərciyi inşa edəcəklər
    İran və Azərbaycan Respublikası birgə sənaye şəhərciyi inşa edəcəklər

İranın Ərdəbil valisi Parsabadın İran və Azərbaycan Respublikasının birgə sənaye şəhərciyinin inşası məkanı kimi seçildiyini bildirib.

Ərdəbil valisi Əkbər Behnamcu dünən Azərbaycan Respublikasının sənaye və iqtisadi rəsmilərinin İrana səfər etmələri və birgə sənaye şəhərciyi məkanının təyin edilməsi üçün iranlı rəsmilərlə iclası kənarında deyib: Parsabad rayonu İran və Azərbaycan Respublikasının birgə sənaye şəhərciyinin inşası məkanı kimi seçildi.

Behnamcu əlavə edib: Bu sənaye şəhərciyinin inşası İran-Azərbaycan Respublikası əlaqələrində böyük iqtisadi dəyişikliyə səbəb olacaq.

Ərdəbil valisi söyəyib: İran və Azərbaycan Respublikasının birgə sənaye şəhərciyinin tikilməsilə Ərdəbil vilayəti məhsullarının Mərkəzi Asiya ölkələrinə və Rusiyaya ixracını ən qısa zamanda həyata keçirmək olar.

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə 380 kilometrlik müştərək sərhədə malikdir..

 

 

Teqlər