Apr 28, 2020 17:06 Asia/Baku
  • Azərbaycan Respublikasında məktəblərin nə vaxt açılacağı bəlli deyil

Azərbaycan Respublikası təhsil nazirinin müşaviri deyib: “Məktəblərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”.

APA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib ki, Azərbaycanda tədris tədricən bərpa olunmalıdır.

Nazir müşaviri koronavirus ilə mübarizədə əldə olunmuş nailiyyətləri diqqətə çəkərək deyib: "Bu baxımdan istəməzdik ki, hansısa tələsik addım daha böyük fəsadlara səbəb olsun”

E. Məmmədov tədrisin bərpası ilə bağlı mütəmadi olaraq təxribat xarakterli məlumatların yayıldığını vurğulayıb. O, ictimaiyyəti rəsmi qurumların məlumatlarına istinad etməyə çağırıb.

 

Teqlər