Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i361726-azərbaycan_abŞ_a_etiraz_məktubu_göndərəcək
Amerikada hansısa bir xəritədə Azərbaycan Respublikası sərhədlərinin təhrif olunmasından söz gedir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2020 13:33 Asia/Baku
  • Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək

Amerikada hansısa bir xəritədə Azərbaycan Respublikası sərhədlərinin təhrif olunmasından söz gedir.

"Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik".

SəhərAzəri “Report”-un verdiyi xəbərə istinadən bildirir, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan höküməti tərəfindən təhrifə yol verən ölklərlə əlaqə saxlanılaraq etiraz edilir və təhrif olunan xəritə aradan qaldırılır: "Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyatı etiraz məktubu göndərilməsi nəzərdə tutulub". 

Qryd edək ki xəbərdə təhrifin təfərrüatına işarə olunmamışdır.