DSX-nın rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
May 14, 2020 21:04 Asia/Baku
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
SaharAzeri-nin APA-ya istinadla verdiyi məlumata görə, bu barədə DTX və Baş Prokurorluğun birgə məlumatında bildirilib.
Məlumata görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Məlumatda araşdırmaların davam etdiyi bildirilib.