Qərargah: “Bayram namazı ilə bağlı məscidlərin açılması hələ qadağandır”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən təşkil etdiyi mətbuat konfransında çıxış edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, Məscidlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır.
SaharAzeri APA-ya istinadən xəbər verir: İ. Məmmədov deyib ki, növbəti həftə vəziyyətin necə olacağı məlum deyil: “Hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır. Hazırkı imkanlarımız bugünkü vəziyyəti idarə etməyə imkan verir. Əgər yoluxma artarsa, yenidən sərtləşmə ola bilər”.
İ. Məmmədov qeyd edib ki, xaricdən gələnlər arasında yoluxmaların səviyyəsi yüksəkdir, 20 faizə, hətta 30 faizə çatır: “Məsələn, Ukraynadan sonuncu gələn təyyarədə 120 nəfərdən 29-da testlər pozitiv olub. Deməli, təyyarədə gələnlərin hamısı karantinə götürülməlidir. Rusiyadan gələnlərin arasında isə yoluxma 20 faizdir”.