İyun 28, 2020 13:59 Asia/Baku

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən "Fatimeyi-Zəhra" məscidinin sökülməsi ilə bağlı qərar qüvvəyə mindi və 2010- cu ildən başlanan məscid sökmə prosessi davam etdi.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir, 27 İyun da Yeni Günəşli qəsəbəsində yerləşən Həzrət "Fatimeyi-Zəhra" məscidi dindar kəsimin narahtlığı və ictimai narazılığa baxmayaraq xarabalığa çevrildi.

Koronavirus pandemiyası vəziyyətində yararlanaraq, sionistlərin ürəyincə olan məscid sökülməsi yenə də diqqətləri özünə cəlb etdi.  

Rəsmi qurumlar bunu məscidin tikintisinin davam etməsinin mümkün olmayacağı ilə izah ediblər.

Xatırladaq ki, 2010- cü ildə Azərbaycan Ali Məhkəməsi Bakıda yerləşən "Fatimeyi Zəhra" məscidinin sökülməsi ilə bağlı qərarı dəyişdirmədi və qərar qüvvədə qaldı. O vaxtdan bəri məscidin sökülməsi iləbaəlı müəyyən cəhdlə oldu amma ictimai etirazlar üzündə alınmadı. Indi Məscid artıq tamamilə viran oldu.

Məscidin yerləşdiyi torpaq sahəsi iddiaçıya verilib, məscidin sökülməsi və dini icmanın həmin ərazidən çıxarılması barədə qərar verilib.

Suraxanı rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2010 – da "Fatimeyi Zəhra" məscidinin tikintisi rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb. "Fatimeyi Zəhra" dini icmasının üzvləri isə məscidə buraxılmadı.

Bakı şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində "Fatimeyi Zəhra" məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb.

Lakin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala 2002-ci ilin sonunda, həmin torpaq sahəsinin uzun müddət istifadə olunmadığına görə, sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib.

Suraxanı rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin onlara ayrıldığını əsas gətirərək məhkəməyə müraciət edib.

Son illər Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi və Neft Daşlarındakı məscid sökülüb.

 

Teqlər