İyul 21, 2020 09:03 Asia/Baku
  • Bakı Ermənistana hərbi təchizatlar təhvil verdiyi üçün Serbiyanı tənqid edib

Azərbaycan Respublikası Serbiya tərəfindən Ermənistana hərbi təchizatların təhvil verilməsini Ermənistanın hücum siyasətini himayə edən qeyri-dostcasına hərəkət adlandırıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Serbiyanın Bakıdakı müvəqqəti işlər vəkili Danitsa Viynoviçlə görüşdə deyib: Serbiya son zamanlar Ermənistana nəzərəçarpacaq həddə hərbi təchizat və sursatlar təhvil verib və bu ölkə də onları Azərbaycan Respublikası ilə hərbi döyüşlərdə işlədibdir.

Xələf Xələfov sonra deyib: Bu kimi qeyri-dostcasına hərəkət daima bir-birilərinin ərazi bütövlüklərinə dəstək verən Azərbaycan Respublikası ilə Serbiyanın strateji münasibətləri və əməkdaşlıqlarına zərbə vuracaq.

Azərbaycan Respublikası mediaları Ermənistan qüvvələrinin Azərbaycan Respublikası qüvvələri ilə döyüşləri ərəfəsində Serbiya tərəfindən Gürcüstan ərazisindən Ermənistana hərbi təchizat və sursatların təhvil verilməsi barədə məlumatlar yayıblar.

Teqlər