Avq 11, 2020 13:26 Asia/Baku
  • Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri

Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib.

SəhərAzəri xəbər verir, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib

 bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, bu gün Ceyhun Bayramov Türkiyəyə səfər edib.

Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, bu, Ceyhun Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.

 

Teqlər