Sen 25, 2020 12:45 Asia/Baku
  • Azərbaycan ordusunun tank və artilleriya bölmələrinin birgə məşqləri keçirilir

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir.

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin saytında məlumat dərc olunub.

Məlumata əsasən məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsidir.

Döyüş uzlaşması zamanı fəaliyyət göstərən bölmələr atəş mövqelərini tutublar.

Teqlər