Azərbaycan Respublikası müsəlmanların müqəddəslərinə qarşı hörmətsizliyi qınayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i369038-azərbaycan_respublikası_müsəlmanların_müqəddəslərinə_qarşı_hörmətsizliyi_qınayıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi fransız jurnalı "Şarli Ebdo"nun əziz İslam Peyğəmbəri (s.ə.s) haqqında təhqiramiz karikaturalar yaymasını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2020 14:34 Asia/Baku
  • Azərbaycan Respublikası müsəlmanların müqəddəslərinə qarşı hörmətsizliyi qınayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi fransız jurnalı "Şarli Ebdo"nun əziz İslam Peyğəmbəri (s.ə.s) haqqında təhqiramiz karikaturalar yaymasını qınayıb.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bir bəyanatda, “Şarli Ebdo” jurnalının İslam dini və böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməllərini bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması kimi dəyərləndirib və onun müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbə olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi bəyanatının digər bir hissəsində, "Şarli Ebdo” jurnalının bundan əvvəl də dini inanclara qarşı belə düşmənçilik əməlləri törətdiyinə toxunaraq, vurğulayıb: "Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir".