Noy 02, 2020 17:43 Asia/Baku

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun Su-25 təyyarəsinin məhv edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərərək, Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutub.

Məlumatda bildirilir ki, əks hücum nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.

Məlumatda, həmçinin qeyd olunub ki,

Azərbaycan Respublikası Ordusunun mövqelərinə havadan hücum edən Ermənistanın Su-25 döyüş təyyarəsi də məhv edilib.

 

Teqlər