Noy 07, 2020 16:16 Asia/Baku
  • Rəsmi Bakı İranın Qarabağla bağlı ədalətli mövqeyini vurğulayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, bu ölkənin Milli Məclisinin deputatlarından birinin İrana qarşı əsassız açıqlamalarını rədd edib.

SəhərAzəri "İran Press" xəbər agentliyinin məlumatına istinadən xəbər verir, Azərbaycan Respublikasının Milli məclisinin deputatı Behruz Məhərrəovun İran İslam Respublikasına qarşı əsassız açıqlamaları fonunda Hiknət Hacıyev İranın Bakıdakı səfiri Seyid Abbas Musəviyə telefonla zəng edərək, bu açıqlamaları rədd edib və deyib: "Bu şəxsə ciddi və zəruri xəbərdarlıqlar edilib və Azərbaycan Respublikasının mövqeyi Qarabağ müharibəsi və böhranı ilə əlaqədar qonşu, dost və qardaş ölkənin ədalətli və səmimi mövqeyi və dəstəklərini yüksək qiymətləndirməkdir".

Hikmət Hacıyev əlavə edib: "Azərbaycan Respublikasının bütün yüksək vəzifəli rəsmiləri İranın ədalətli və konstruktiv mövqeyinidən razıdırlar və onu xoş məramlı və kostruktiv hesab edirlər və Milli Məclis təmsilçisinin sözləri heç bir vəchlə Azərbaycan Respublikasının dövləti və rəsmilərinin mövqeyi deyil". 

Yeni Müsavat qəzeti də Məhərrəmovun sözlərini tənqid edərək, yazıb: "Əgər Azərbaycan Respubikası prezidentinin son 25 müsahibəsindən birini oxumuş olsaydı, İran, Rusiya, Türkiyə və Gürcüstanın Azərbaycan Respublikasının haqlı məqsədlərini dəstəkləyir dedikdə başa düşməli idi ki, Tehran Azərbaycan dövləti və xalqının maraqlarını dəstəkləyir və qoruyur".

Teqlər