Noy 11, 2020 17:28 Asia/Baku
  • “Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq səlahiyyəti yoxdur”

Azərbaycan Prezidentinin köməkçisi deyib: “Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq səlahiyyəti yoxdur”

SəhərAzəri xəbər verir, Azərbaycan  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib :“Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”.

Teqlər