Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin mənfi saldosu 18%-dən çox azalıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,195 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 245,536 mln. dollar və ya 10,1% azdır.
SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, hesabat dövründə ixracın həcmi 4,519 mln. dollar və ya 0,8% azalaraq 565,560 mln. dollar, idxalın həcmi isə 241,018 mln. dollar və ya 12,9% azalaraq 1,629 mlrd. dollar təşkil edib.
Nəticədə, cari ilin on ayında 1,063 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 236,499 mln. dollar və ya 18,2% azalıb.