Azərbaycan Respublikasının MDB ölkələri ilə mənfi ticarət saldosu 34% azalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i369653-azərbaycan_respublikasının_mdb_ölkələri_ilə_mənfi_ticarət_saldosu_34_azalıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% azalaraq 3,369 mlrd. ABŞ dollarına enib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2020 19:06 Asia/Baku
  •  Azərbaycan Respublikasının MDB ölkələri ilə mənfi ticarət saldosu 34% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% azalaraq 3,369 mlrd. ABŞ dollarına enib.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının  Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında aparılan hesablamalara görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 115,480 mln. dollar və ya 11,8% artaraq 1,095 mlrd. dollar, idxal isə 505,535 mln. dollar və ya 18,2% azalaraq 2,274 mlrd. dollar təşkil edib. Nəticədə, hesabat dövründə 1,179 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 621,015 mln. dollar və ya 34,5% azdır.