Azərbaycanda hərbi vəziyyət ləğv edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i370500-azərbaycanda_hərbi_vəziyyət_ləğv_edildi
Azərbaycan Respublikasında sentyabrın 27-də elan olunan hərbi vəziyyət, ləğv olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2020 17:00 Asia/Baku
  • Azərbaycanda hərbi vəziyyət ləğv edildi

Azərbaycan Respublikasında sentyabrın 27-də elan olunan hərbi vəziyyət, ləğv olunur.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikası Milli Məclisinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin dekabrın 11-də keçiriləcək növbəti iclasında 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasında hərbi vəziyyət sentyabrın 27-də elan olunmuşdu.