Zəhra, Azərbaycan Respublikasında körpə qızlara qoyulan ən sevimli addır
Azərbaycan Respublikasında ailələr Zəhra adını öz qızları üçün ən sevimli ad bilirlər.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının ədliyyə nazirliyi bildiribdir ki, ötən on bir ay ərzində qızlar arasında Zəhra adı birinci, oğlanlar arasında isə Yusif və Əli adları müvafiq olaraq, birinci və üçüncü seçimə malik olublar.
Azərbaycan Respublikası ədliyyə nazirliyinin verdiyi məlumata görə, ötən beş ildə də Zəhra adı on iki min altı yüzdən çox, Yusif adı isə on üç min seçimlə Azərbaycan Respublikasının xalqı arasında ən çox sevilən adlardır.
Həmçinin nazirliyin bildirdiyinə görə, həmin müddətdə qız körpələrdən 1898-nə Zəhra, 1518-nə isə Zeynəb adı seçilibdir.
Beləliklə, Zəhra, Zeynəb və Məryəm adları bu ölkədə qız körpələrə qoyulan ən sevimli adlar kimi qeydə alınıbdır.