Dek 27, 2020 20:25 Asia/Baku
  • Fransa siyasi elitasının fəaliyyəti beynəlxalq hüquqa hörmətsizlikdir

“Fransa prezidentinin erməni icmasının nümayəndələri ilə görüş zamanı söylədiyi fikirlər haqqında Ermənistan kütləvi informasiya vasitələrində gedən məlumatlar bir daha bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik missiyasına sadiq olmadığını, Azərbaycana qarşı qərəzli mövqe tutduğunu təsdiqləyir”.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycan ordusunun mövqelərini və dinc yaşayış məntəqələrini atəşə tutmasından sonra həyata keçirilən əks-hücum əməliyyatları zamanı Fransa prezidentinin verdiyi açıqlamalar, atdığı addımlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub:

“Münaqişənin nizamlanması prosesində vasitəçilik edən bir ölkənin birtərəfli mövqe tutması, müxtəlif yollarla Azərbaycana təzyiq etmək, Ermənistana isə hərtərəfli dəstək vermək təşəbbüsləri çoxlu suallar yaradırdı. Hətta 44 günlük müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıqdan sonra da biz Fransanın sülhü dəstəklədiyini, hərbi əməliyyatların dayanmasını təqdir etdiyini görmədik. Əksinə müxtəlif səviyyələrdə “status” məsələsini gündəmə gətirmək cəhdlərini müşahidə etdik.”

Teqlər