Rusiya Dağlıq Qarabağda ermənilər üçün 250 binanı yenidən qurub
https://azeri.sahartv.ir/news/azərbaycan-i371541-rusiya_dağlıq_qarabağda_ermənilər_üçün_250_binanı_yenidən_qurub
Rusiya Dağlıq Qarabağda ermənilərin şəraitini yaxşılaşdəırmağa çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2021 14:26 Asia/Baku
  • Rusiya Dağlıq Qarabağda ermənilər üçün 250 binanı yenidən qurub

Rusiya Dağlıq Qarabağda ermənilərin şəraitini yaxşılaşdəırmağa çalışır.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, Rusiya Xilasetmə Xidməti Dağlıq Qarabağda 250-dən çox binanı yenidən qurub.

"İndiyədək 1 yaşayış binası, 245 fərdi ev, iki “dövlət” binası, bir infrastruktur obyekti və iki sosial obyekt daxil olmaqla 251 bina yenidən qurulub" deyə bildirlib.
Nazirliyin məlumatına görə, Dağlıq Qarabağda 2600-dən çox binanın yenidən qurulmasına ehtiyac var. Hazırda 15 yaşayış binasının, 183 fərdi evin, iki hökumət binasının və iki sosial obyektin yenidən qurulması üzərində iş aparılır.