Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib
https://azeri.sahartv.ir/news/azərbaycan-i371604-rusiya_azərbaycana_minatəmizləyən_heyət_göndərib
Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2021 11:50 Asia/Baku
  • Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub: "Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək". 

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.