Yan 05, 2021 15:43 Asia/Baku
  • Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı

Hazırda 2 azərbaycanlı mülki şəxs erməni əsirliyindədir, Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında bu ölkənin Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tərdbirlər nətcisəində Azərbaycanın 12 hərbi qulluqçusu və 2 mülki şəxs əsirlikdən azad edilib. Hazırda 2 mülki şəxs erməni əsirliyində saxlanılır.

"Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir. Onlar barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib", - deyə o, qeyd edib.

Teqlər