Yan 09, 2021 17:04 Asia/Baku
  • Qarabağda ikinci kritik mərhələyə keçilir - Təhlil

Türkiyənin Habertürk Portalı Dağlıq Qarabağdakı son durumu şərh edib. Professor Gürşad Zorlu-nun qələmə aldığı məqalədə deyilir ki, Qarabağda 44 gün davam edən savaşdan sonra Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsdə yeni bir mərhələyə keçildiyi görünür. İlk mərhələdə Azərbaycanın 7 rayonu və Şuşa şəhərini geri alması və rus hərbçilərinin Dağlıq Qarabağda yerləşməsi təmin edilmişdi. Bununla birlikdə, artıq “Laçın dəhlizi” də rusların nəzarətindədir.

SəhərAzəri xəbər verir, İndi isə 9 maddəlik atəşkəsdə daha çətin bir mərhələyə keçilir. Bu mərhələ – 5 illik bir müddəti əhatə edən atəşkəsin qalıcı və yekun bir anlaşmaya çevrilib-çevrilməyəcəyini müəyyənləşdirəcək kritik proses başlayıb.

Müəllifin fikrincə atəşkəsdən öncə Rusiyanın Dağlıq Qarabağda hər hansı bir hərbi gücü yox idi. Halbuki Kremlin son dövrdəki həmlələrinə baxılarsa, öz arxa bağçası kimi qəbul etdiyi digər münaqişə bölgələrində hərbi gücü ilə yer alır. İndi bacarıblar və ciddi bir hərbi güc göndərərək, meydandakı təsir güclərinin miqyasını artırıblar. Beləliklə, anlaşmanın davamlılığı və təhlükəsizliyi baxımından ən önəmli rolu əldə ediblər.

Xatırladaq ki, anlaşmanın 4-cü maddəsinə görə, əgər Azərbaycan və Ermənistan və ya onlardan hər hansı biri 4 il sonra “Rus hərbi varlığını istəmirəm!” deməzsə, bu anlaşmanın qüvvədə olması növbəti 5 il ərzində də davam edəcək.

Bir də, təbii, “Naxçıvan dəhlizi” məsələsi var. Oranın da nəzarəti ruslarda olacağına görə, “İstəmirəm!” deyiləcəyi halda, yaranacaq durumun bu dəhlizlə bağlı irəliləyişə təsir edəcəyini də diqqətdən qaçırmamaq lazımdır.

Anlaşmanın bu 2-ci mərhələsində Dağlıq Qarabağdakı qeyri-müəyyənliyin, məsələnin həll edilməmiş şəkildə qalmasının davam etməsi Ermənistandakı kin və düşmənçiliyi bəsləyə, bu da orta vədədə atəşkəsi yeni bir əks-strategiya üçün vaxt udmaq alətinə çevirmə ehtimalı yarada bilər.

Teqlər