AR-də bu gündən yanvarın 25-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Yan 23, 2021 15:51 Asia/Baku
Azərbaycan Respublikasında bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Azərbaycab Respublikasında Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb