Yan 23, 2021 23:12 Asia/Baku
  • Aşqabad, Bakı ilə enerji sektorunda əməkdaşlığı məmnuniyyətlə qarşılayır

Türkmənistan prezidenti Azərbaycan Respublikası ilə Xəzər dənizindəki karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsi üzrə anlaşma memorandumunu iki ölkə münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirib.

SəhərAzəri FARS-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov videokonfrans vasitəsilə Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma sənədi imzalayaraq, enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu mərasimdə deyib: "Bu anlaşma sənədi ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsidir".

Türkmənistan prezidenti deyib: "Bu anlaşma ölkələrimiz arasındakı münasibətlər tarixində mehriban qonşuluq, məsuliyyət, uzaqgörənlik və bərabərlik nümunəsi olaraq, qeydə alınacaq".

Bu sənədin təfərrüatları 2020-ci ilin martında Berdiməhəmmədovun Bakı səfəri çərçivəsində müzakirə olunub. Bu səfərdən sonra iki ölkənin işçi qrupları Xəzər dənizindəki ən böyük karbohidrogen ehtiyatlarından biri üzərində birgə iş barədə razılığa gəliblər.

Berdiməhəmmədov əlavə edib: "Türkmənistan və Azərbaycan enerji təhlükəsizliyi və dünya enerji quruluşu kimi çox vacib bir qlobal məsələyə birgə yanaşırlar".

Teqlər