Sabah Az. R. Milli Məclisin yaz sessiyası başlayır
Yan 31, 2021 11:59 Asia/Baku
Fevralın 1-də Az. R. Milli Məclisininyaz sessiyasının ilk plenar iclası keçiriləcək.
SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, Az. R. Milli Məclisinin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Az. R. Milli Məclisinin yaz sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.