"Sədərək" Ticarət Mərkəzində qəza baş verib, ölən və yaralanan var
https://azeri.sahartv.ir/news/azərbaycan-i372746-sədərək_ticarət_mərkəzində_qəza_baş_verib_ölən_və_yaralanan_var
Yanvarın 31-də saat 10 radələrində Az. R. Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 01, 2021 07:23 Asia/Baku

Yanvarın 31-də saat 10 radələrində Az. R. Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Az. R. Qaradağ rayon Prokurorluğundan  verilən məlumata görə, "Sədərək" TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.