AZ. R-da Daha 140 nəfərdə koronavirus aşkarlandı
Fev 16, 2021 17:07 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb.
SəhərAzəri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək Az. R-da ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib, aktiv xəstə sayı 2 202 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 631, ötən müddət ərzində isə ümumilikdə 2 513 636 test aparılıb.