Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Fev 17, 2021 16:00 Asia/Baku
Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Az. R. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 17-də C.Bayramov və S.Lavrov arasında telefon danışığı baş tutub.
Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.