Əli Əsədov: “Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların azaldılmasını hədəfləyib”
https://azeri.sahartv.ir/news/azərbaycan-i373463-Əli_Əsədov_azərbaycan_2030_cu_ilə_qədər_istilik_effekti_yaradan_qazların_azaldılmasını_hədəfləyib
“Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 faizədək azaltmaq hədəfini müəyyənləşdirib”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2021 13:18 Asia/Baku
  • Əli Əsədov: “Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların azaldılmasını hədəfləyib”

“Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 faizədək azaltmaq hədəfini müəyyənləşdirib”.

SəhərAzəri “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunda Azərbaycan Respublikasının baş naziri Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, Paris Sazişinin reallaşdırılması davamlı inkişaf hədəflərinə çatmaq üçün vacibdir və bu saziş emissiyaların azaldılmasına imkan verən yol xəritəsi rolunu oynayır.