Fev 22, 2021 01:10 Asia/Baku
  • Bakı ilə Aşqabad arasında yeni memorandum imzalanıb

Türkmənistan və Azərbaycan Respublikası «Dostluq» layihəsinin təkmilləşdirilməsi istiqamətində yeni hökumətlərarası razılaşma imzalayıblar.

SəhərAzəri xəbər verir, Türkmənistan ilə Azərbaycan Respublikası arasındakı yeni hökumətlərarası razılaşmada cari ilin yanvarında Aşqabadda imzalanmış Dostluq yatağının hidrokarbon ehtiyatlarının birgə kəşfiyyatı və inkişaf etdirilməsi məsələsi əks etdirilib. Tərəflər bu hökumətlərarası razılaşmaya əsasən, birgə işçi qrupu yaratmalıdırlar.

Həmçinin iki ölkə diplomatik kanallar vasitəsilə müştərək işçi qrupunun nümayəndələrini öz tədbirləri haqda məlumatlandırmalıdır. Bu işçi qrupu da qısa bir zamanda hökumətlərarası razılaşmanın ilkin mətnini işləyib hazırlamalıdır.

Bu memorandum Azərbaycan Respublikası milli məclisinin parlamentlərarası və beynəlxalq əlaqələr komitəsinin bugünkü iclasında, eləcə də ümumi iclasda nəzərdən keçirilib.

Teqlər