Terroristlərə aid olan onlarla uşaq Azərbaycan Respublikasına köçürülüb
Azərbaycan Respublikasının nazirlər kabineti bir məlumatda bildirib ki, ötən iki ildə İraqdakı yetimxanalar və həbsxanalardan 248 uşaq bu respublikaya köçürülüb.
SəhərAzəri xəbər verir ki,Azərbaycan Respublikası nazirlər kabinetinin 2020-ci ilə aid olan məlumatında deyilir ki, bu ölkə uşaqlarının İraqdakı yetimxanalar və həbsxanalardan köçürülməsi 2017-ci ildə başlanıb və ötən milad ilində də davam edibdir.
Məlumatda sonra deyilir: Bu uşaqlar reabilitasiya etaplarını keçdikdən sonra öz yaxınlarına təhvil veriləcəklər.
Azərbaycan Respublikasının polis və təhlükəsizlik mənbələri deyiblər ki, bu ölkənin mindən çox vətəndaşı Suriya və İraq döyüşləri zamanı terror qruplarının kənarında iştirak etmək üçün həmin iki ölkəyə yollanıb və onların əksər hissəsi ölüb, bir qrupu isə həbs olunaraq, uzunmüddətli həbs cəzasına məhkum edilibdir.