Mart 14, 2021 20:25 Asia/Baku
  • ATƏT sədri Azərbaycan Respublikasına  gəlir

Sabah ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Azərbaycan Respublikasına səfərə gələcək.

 SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, A. Linde səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək, Qarabağ məsələsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu mövzusunda danışıqlar aparacaq.

Görüşlərdə ATƏT və Azərbaycan arasında əməkdaşlıqla bağlı da müzakirə aparılacaq. ATƏT sədri  vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

Qeyd edək ki, ATƏT sədrinin regiona səfəri çərçivəsində Ermənistana da səfər edəcəyi gözlənilir.

Teqlər