ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”
https://azeri.sahartv.ir/news/azərbaycan-i374452-atƏt_sədri_bölgədə_vəziyyət_dəyişib
İsveçin xarici işlər naziri, İlham Əliyevlə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2021 10:32 Asia/Baku
  • ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

İsveçin xarici işlər naziri, İlham Əliyevlə görüşüb.

SəhərAzəri  525-ci qəzetə istinadən xəbər verir ki, ATƏT sədri Ann Linde dünən  Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşüb. 

Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik. Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür”, - deyə o bildirib.

A. Linde qeyd edib ki, 10 noyabr 2020-ci ildə atəşkəsə nail olunub, bölgədə vəziyyət dəyişib.

ATƏT sədri vurğulayıb ki, münaqişənin uzunmüddətli həlli lazımdır.

“Yaxın vaxtda Stokholmda Azərbaycanın yeni səfirini gözləyirik”.

ATƏT-in fəaliyyətdə olan sədri deyib ki, atılan addımlar siyasi və iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.