Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i374721-naxçıvanı_btq_ilə_birləşdirəcək_xəttin_tikintisinə_bu_il_başlanacaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Naxçıvan dəmir yollarına birləşdirilməsinə bu il başlanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2021 19:57 Asia/Baku
  • Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Naxçıvan dəmir yollarına birləşdirilməsinə bu il başlanacaq.

SəhərAzəri Report-a istinadən xəbər verir ki,  Azərbayacanın Qarabağ müharibəsində qələbəsindən sonra layihənin sürətləndirilməsi qərarı qəbul edilib. Belə ki, layihə çərçivəsində Qars-İğdır-Naxçıvan istiqamətində 230 kilometr uzunluğunda dəmir yolu xətti çəkiləcək. Bu xətt İran, Əfqanıstan və Pakistanla birləşdiriləcək.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.