Mart 31, 2021 00:01 Asia/Baku
  • Cəmil Həsənli qızının intim videosunun yayılmasına münasibət bildirib

Azərbaycan Respublikasının müxalifət liderlərindən biri və Milli Şuranın sədri Cəmil Həsənli qızının intim videosunu yaydıqları üçün bu ölkə prezidenti və təhlükəsizlik orqanlarını kəskin şəkildə qınayıb.

SəhərAzəri “Meydan TV”yə istinadən xəbər verir ki, Cəmil Həsənli “Facebook” səhifəsində yazəb: “Başqalarının şəxsi həyatına müdaxilə, insanların güdülməsi, adamların yataq otağına öz murdar və yöndəmsiz burunlarını soxmaları bunların köhnə peşəsidir. Qızımın 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir”.

Cəmil Həsənli əlavə edib: “Belə namussuz əməllərlə məşğul olmaq, ondan şantaj üsulu kimi istifadə etmək onun köhnə peşəsidir və natamam tərbiyəsinin nəticəsidir. Belə əxlaqsız əməllərə görə hələ vaxtı ilə DTK-da işləyəndə onun atası haqqında da cinayət işi qaldırılmışdı. Ot kökü üstündə bitər. Və ən nəhayət, İlham Əliyev belə əxlaqsız yollarla bizi siyasətdən çəkindirəcəyinə nahaq ümid bəsləyir”.

“Ölkənin min bir dərdi olduğu halda ailə xidmətçisinə çevirdiyi dövlətin təhlükəsizlik xidmətini şəxsi həyata müdaxilə kimi qanunsuz əməllərlə cəlb etməklə o, öz əxlaqsız mahiyyətini ortaya qoyur. Bundan artıq ondan ayrı bir şey gözləmək günah olardı“, Deyə Cəmil Həsənli qeyd edib.

Cəmil Həsənli “BBC news azərbaycanca"ya verdiyi mesahibədə, məsələ ilə bağlı hüquqi müstəvidə işlər görüldüyünü deyib.

İctimai-siyasi fəallar, əksər sosial şəbəkə istifadəçiləri də bu görüntülərin yayılmasının Cəmil Həsənlinin fəaliyyəti ilə bağlı olduğu qənaətindədir və hökuməti buna görə tənqid edir.

Bir neçə həftə əvvəl, Azərbaycan Respublikasının hakim ailəsinin müxalifətçisi olan YouTube fəalı Məhəmməd Mirzə Əlinin bacısı haqqında da oxşar video yayılıb və o,  Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehraban Əliyevanı təhqir etdiyi üçün Fransada bir prospektdə bıçaqla ağır şəkildə hücuma məruz qalıb.

 

Teqlər