Apr 05, 2021 14:37 Asia/Baku
  • Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatı Hacı İlham Əliyevin təcili həbsdən azad edilməsinə çağırıb

Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatı bu ölkənin İslam Partiyasının rəhbəri Höccətülislam Hacı İlham Əliyevin məhkəməsini saxta və qanunsuz adlandırıb və onun dərhal həbsdən azad edilməsini tələb edib.

SəhərAzəri xəbər verir ki, Müsəlman Birliyi Hərəkatının sədr müavini Hacı Elçin Qasımov öz şəxsi "Facebook" səhifəsinin bir bəyanat yayaraq, vurğulayıb: "Nə qədər qanunlar qəbul olunsa da, nə qədər öhdəliklər götürsək də təəssüflə qeyd etməliyik ki, ölkəmizdə hələ də məhkəmələr azadlığını itirərək, sifarişlə fəaliyyət göstərməyə davam edir.

Belə bir sifarişli məhkəmə prossesi bu günlərdə sona çatır. Bir ildən artıq bir dövrü əhatə edən istintaq və məhkəmə zamanı Azərbaycan İslam Partiyası sədr əvəzi, ilahiyyatçı hacı İlham Əliyevə dövlət ittihamçısı 18 il həbs cəzası verilməsini istəyib. Heç şübhəsiz növbəti həftə nəzərdə tutulan məhkəmə hakimin ilahiyyatçını ağır maddələrlə azadlıqdan məhrum edəcəyi gözləniləndir. Ağır saxta ittihamların real acısını varlığımızda yaşayan tərəf kimi hakimlərin hələ də sifarişli azadlıqdan məhrum etmə cəzasını, bir insan həyatının böyük hissəsini ondan alma acısını hakimlərin vicdanına buraxırıq. Lakin bu halın heç bir hüquq müstəvisinə sığmadığını bildirərək, biz hacı İlham Əliyevə qarşı ittihamları əsassız hesab edir, onun bu işdə heç bir günahı olmadığını bildiririk"

Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatı əlavə edib: "Mövcud hadisəni hiddətlə qarşılayan ilahiyyatçı hacı Tale Bağırzadə partiya funksionerinin əqidəli və əxlaqlı siması ilə xəyanətin əsla uzlaşmadığın qeyd edərək, həbslərin növbəti siyasi sifariş olduğunu bildirir".

Müsəlman Birliyi Hərəkatının lideri Hacı Tale Bağırzadə və Azərbaycan Respublikası İslam Partiyasının lideri doktor Hacı Möhsün Səmədov illər əvvəl saxta ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum ediliblər.

İslam Partiyasının sədr müavini Höccətülislam Hacı İlham Əliyev də bir ildən çoxdur ki, saxta ittihamlarla bir ildən çoxdur ki, həbsdədir və onun qanunsuz istintaq və məhkəmə prosesi sonunda prokuror hakimdən ona 18 il həbs cəzası tələb edib.

Həmçinin, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin qurucusu Höccətülislam Hacı Abgül Süleymanov və Azərbaycan Respublikasında ilahiyyatçı-alim Hacı Elşən Mustafaoğlu illər öncədən ölkəyə xəyanət kimi saxta ittihamlarla həbsdədirlər.

Bu elə bir haldadır ki, Səudiyyə Əərəbistanına bağlı vəhhabi cərəyanların başçıları, həmçinin Türkiyəyə bağlı nurçular və ABŞ və İngiltərəyə bağlı fikri və zahirən dini təriqətlərin təbliğatçıları, hətta Hindistanın Krişna və Bəhailəri və digər azğın məzhəblər Azərbaycan Respublikasında sərbəst fəaliyyət göstərirlər.

Bu arada yəhudilik və sionizmə də Azərbaycan Respublikasında dini işlərin rəsmi qəyyumu olan Qafqaz Müsəlmanları İdarəsi kimi rəsmi status verilib.

Həmçinin, Azərbaycan Respublikası Hökuməti, bu ölkədə həqiqi İslam və şiəliyin dirçəlməsinin və inkişafına mane olmaq üçün Vatikan ilə çox isti əlaqələr qurub və son illərdə Vatikanın katakombaları Azərbaycan Respublikasının Heydər Əliyev Fondunun vəsaiti hesabına təmir edilir.

Teqlər