XİN Paşinyana cavab verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i375872-xİn_paşinyana_cavab_verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərini şərh edib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 16, 2021 06:11 Asia/Baku
  • XİN Paşinyana cavab verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərini şərh edib.

SəhərAzərinin xəbərinə görə Nazirliyin Mətbuat xidməti idarəsindən "Report"a bildirilib ki, aprelin 14-də Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb:

 "N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

 Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

 “ Yurdumuzu çiynəyən

 Sayğısız hər kim olsa.

 İnan ki, çox sürmədən,

 Diz çökəcək qarşıda.”