Aİ nümayəndəsi Azərbaycan XİN-ə çağırtdırılıb
Rəsmi Bakı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin İrəvanda qondarma dağlıq qarabağ respublikasının xarici işlər naziri ilə son görüşünün ardınca bu ittifaqın nümayəndəsini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırtdırıb.
SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Avropa İttifaqının bu respublikadakı nümayəndəsi, səfir Kestudis Yankauskasa bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi döyüşlərin bitməsindən sonra bölgənin yeni reallıqlarını nəzərə almayan, kövrək sülhü təhdid edən və qarşı tərəfə əsassız gözləntilər verən hərəkətlər etməməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan Respublikasındakı bəzi medialar erməni medialara istinadla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın aprelin 14-də İrəvanda qondarma dağlıq qarabağ respublikasının xarici işlər naziri David Babayan ilə görüşündən xəbər vermişdilər.