"Yeni Müsavat"ın təbliğat kampaniyası; Paşinyan Bakı ilə sülh razılaşmasına hazırlaşır
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirməsinin ardınca Bakıda çıxan «Yeni Müsavat» qəzeti «Ermənistanın vəziyyətinin analizi» formasında yazıb ki, Ermənistan prezidenti Nikol Paşinyan Azərbaycan Respublikası ilə sülh müqaviləsini imzalamağa tələsir!
SəhərAzəri xəbər verir ki, «Yeni Müsavat» Paşinyanın siyasi müxaliflərini onda ittiham edib ki, öz «siyasi ticarətləri», şəxsi və qrup halında maraqları naminə Azərbaycan Respublikası ilə sülh müqaviləsinin imzalanmasına qarşı çıxırlar. Amma Paşinyan Ermənistanı müflis olmaqdan və tam şəkildə məhvolma təhlükəsindən xilas etmək üçün bu ehtiyacı hiss və dərk edir ki, Ermənistan adi yaşayış və iqtisadi inkişaf imkanına malik olmq üçün Türkiyə və Azərbaycan Respublikası ilə sülhə nail olmalıdır.
«Yeni Müsavat»ın yazdığına görə, Paşinyan öz hədəfini reallaşdırmaq və Azərbaycan Respublikası ilə sülh müqaviləsini imzalamaq üçün Ermənistan parlamentində əksəriyyəti əldə etməyə ehtiyac duyur və Ermənistan parlamentində əksəriyyətin Paşinyanın əlinə keçəcəyi təqdirdə, o, payızın sonlarında və maksimum, cari ilin sonunadək Azərbaycan Respublikası ilə sülh müqaviləsini imzalamağa hazır olacaqdır.
Son zamanlar İlham Əliyev «Cənubi Qafqaza yeni baxış; münaqişədən sonra əməkdaşlıq və inkişaf» konfransının iştirakçıları olan xarici tədqiqatçılarla yığıncaqda vurğulamışdı ki, o, Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, amma Ermənistandan əlverişli cavablar almır!