Əliyev ikili beynəlxalq standartları tənqid edib
Azərbaycan Respublikasının prezidenti bu ölkənin BMT-dəki ikili standartları tənqid etdiyini bildirib.
SəhərAzəri xəbər verir ki, İlham Əliyev BMT-nin iqtisadi-ictimai komissiyasının 77-ci iclasında Zəngəzur dəhlizinin icrasının izlənilməsindən xəbər verib və BMT-dəki ikili standartları tənqid edib.
Əliyev deyib: 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında dörd qətnamə qəbul və erməni hərbçilərin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxmaları tələb olundu. Amma Ermənistan bu qətnamələrə əsla əməl etmədi və bütün bu illərdə Ermənistanı qətnamələrə əməl etməyə məcbur edəcək hər hansı təzyiq və sanksiyanın şahidi olmadıq.
Azərbaycan Respublikasının prezidenti həmçinin Zəngəzur dəhlizinin yenidən açılmasına işarə ilə söyləyib: Bakı Avropa və Asiyanı qovuşdurmaq üçün hal-hazırda Zəngəzur nəqliyyat dəhlizinin üzərində işləyir və Asiya və Okeaniya ölkələrini bu keçidin imkanlarına xüsusi diqqət yetirməyə çağırır.