Azərbaycan "Boeing"dən beş yük təyyarəsi alacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i376407-azərbaycan_boeing_dən_beş_yük_təyyarəsi_alacaq
Azərbaycanın "Silk Way West Airlines" aviaşirkəti ABŞ-ın "Boeing" korporasiyasına beş "Boeing 777 Freighters" yük təyyarəsi sifariş edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 12:36 Asia/Baku
  • Azərbaycan

Azərbaycanın "Silk Way West Airlines" aviaşirkəti ABŞ-ın "Boeing" korporasiyasına beş "Boeing 777 Freighters" yük təyyarəsi sifariş edib.

SəhərAzəri xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bu barədə "Boeing"in açıqlamasında deyilir.

Məlumata görə, tərəflər arasında müvafiq sənəd bu gün Bakıda imzalanıb.

"Bu, Xəzər bölgəsi və Mərkəzi Asiyada bu cür uzaq magistrallı iki mühərrikli yük təyyarələri üzrə ilk sövdələşmədir. Təyyarələr şirkətə dünyada yük daşınmalarına artan tələbatı ödəməyə kömək edəcək", - məlumatda deyilir.

"Silk Way Group"un rəhbəri Zaur Axundov qeyd edib ki, bu saziş şirkətin donanmasının yenilənməsi proqramının bir hissəsidir: "Əminəm ki, yeni yük təyyarələrinin alınması yaxın 15-20 il ərzində qlobal hava yük bazarında lider mövqeyimizi daha da gücləndirəcək".

Qeyd edək ki, "777 Freighter" "Boeing" şirkətinin tarixində ən çox satılan yük təyyarəsidir. Proqramın başladığı 2005-ci ildən bəri sözügedən yük təyyarələri üçün 247 sifariş verilib.

Hazırda "Boeing" korporasiyası yük təyyarələri bazarında lider mövqeyə malikdir