Azərbaycan Respublikası medialarında qızğın «Fəxrəddin» süjeti
Azərbaycan Respublikası hərbçilərinin «Fəxrəddin»ə və anasına hörmət ifadə etmələri yerli medialar və sosial şəbəkələrdə qızğın bir mövzuya çevrilibdir.
SəhərAzəri xəbər verir ki, ötən payızda Ermənistanla Azərbaycan Respublikası arasında baş vermiş ikinci Qarabağ savaşı ictimaiyyət arasında şəhadət mədəniyyətinin yüksəlişi ilə müşayiət olundu.
Hələ şəhid anasının «Mən oğlum Yusif üçün deyil, İmam Hüseyn(ə) üçün ağlayacağam» dediyi səhnə çoxlarının yadındadır.
İndi həmin savaşdan bir neçə ayın keçməsilə bir şəhidin hicablı həyat yoldaşı onun yadigarını dünyaya gətirib; bu oğlanın adı Fəxrəddindir.
Bu körpənin və anasının, həmçinin onlara hərbi hörmətin ifadə edilməsinin fotosu medialarda və sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb.