May 04, 2021 12:19 Asia/Baku
  • ABŞ prezidenti Azərbaycana

Baydenin 907-ci düzəlişin dayandırılmasını uzatmaq barədə qərar qəbul etdiyi bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasını uzadıb.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş Sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur və Azərbaycanı təcavüzkar qələmə verərək onu cəzalandırır.

Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb, lakin Ağ Ev bu qeyri-ədalətli qanunu birdəfəlik ləğv etmək istəmir. 

Azərbaycanda deyilir ki, Birləşmiş Ştatlar ikiki standartlarını davam etdirərək 907-ci düzəlişi Bakının başı üstə domokl qılıncı kimi saxlamaqla bu ölkəni daim qoxuda saxlamağa çalışır. 

Digər tərəfdən bu məsələdə erməni lobbi təşkilatlarının da mövqeyi nəzərə alınaraq, Azərbaycan istənilən anda ABŞ tərəfindən cəzalandırıla bilər. 

Qeyd edək ki, Baydenin qondarma erməni soyqırımını tanınmasın Azərbaycan xalqı və dövləti birmənalı şəkildə qınadı. Hazırda ola bilsin ki, yeni taktika ilə Vaşinqton rəsmi Bakının könlünü almaq və qınaq obyektinə çevrilməkdən xilas olmaq istəyib

 

Teqlər